Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada yanğın zamanı bir neçə nəfər xəsarət alıb

Rusiyada yanğın zamanı bir neçə nəfər xəsarət alıb

Tarix: 4 Yanvar 2024 07:50

Rusiya Federasiyasının Çuvaşıstan Respublikasında yanğından sonra 9 nəfər - üç uşaq və altı böyük xəstəxanaya yerləşdirilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi teleqram kanalında məlumat verilib.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gələnə qədər sakinləri təxliyə edə biliblər, lakin yanıq xəsarəti alıblar və tüstüdən zəhərləniblər. Doqquz nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü uşaqdır", - məlumatda deyilir.

Hadisə Çuvaşıstanın Kojar-Yandoba kəndində baş verib. Yanğının sahəsi 200 kvadratmetrə yaxın olub.

Milli.Az


Etiketlər:  Rusiyada yanğın zamanı bir neçə nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ