Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sənətimizdə çılpaqlar baş alıb gedir" - Nigar OD PÜSKÜRDÜ

Tarix: 4 Yanvar 2024 13:10

"Sənətimizdə çılpaqlar baş alıb gedir... Onların oxuduğu mahnılara bilmirəm harada qulaq asmaq olar, amma bu, sənət deyil".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova deyib.

Sənətçi növbəti dəfə ara müğənnilərini və onları televiziyalara dəvət edənləri tənqid edib: "Siz pul qazananda, Nigar təbliğat aparırdı, ona görə bu gün əməkdar artistdir. Mən başa düşürəm, pul da lazımdır. Qoy onlar da oxusun "ciy-ciy" səsləri ilə, onlara kim qulaq asır heç bilmirəm. Eybi yox. Amma heç olmasa ayda 1-2 gün efirlərinizi sənətkarlara ayırın. Musiqimizi təbliğ edin. Onsuz da ağlı başında olan dinləyici özü qərar verəcək kimə qulaq asmaq lazımdır".

Milli.Az


Etiketlər:  Sənətimizdə çılpaqlar baş alıb gedir Nigar OD PÜSKÜRDÜ


RƏYLƏR