Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəhşət: Ana körpəsini soyuq evdə ac qoyub bayrama getdi

Dəhşət: Ana körpəsini soyuq evdə ac qoyub bayrama getdi

Tarix: 4 Yanvar 2024 20:02

Altay Respublikasında uşaqlar bir neçə gün soyuq evdə qalıb.

Milli.Az lent.az-a istinadla bildirir ki, hadisə Mayminski rayonunun Podqornoye kəndində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, dörd aylıq körpə və 2 yaşlı qardaşın anası yeni ili qeyd etmək üçün qonşu kəndə dostlarının yanına gedib. İstiliyi olmayan evdə iki uşaq yeməksiz qalıb.

Bir neçə gün sonra, yanvarın 3-də ailənin yaşlı üzvlərindən biri qadını ziyarət etmək qərarına gəlib və orada donmuş körpə tapıb. İkinci uşağın vəziyyəti ağır olub. Xəstəxanada ona lazımi yardım göstərilib.

Uşaqların anasına qarşı cinayət işi açılıb. Müstəntiqlər hadisənin başvermə şəraitini müəyyənləşdirməklə yanaşı, ailənin yaşayış şəraitini də yoxlayırlar.

Milli.Az


Etiketlər:  Dəhşət Ana körpəsini soyuq evdə ac qoyub bayrama getdi


RƏYLƏR