Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ İsrail və Livana xüsusi nümayəndə göndərdi

ABŞ İsrail və Livana xüsusi nümayəndə göndərdi

Tarix: 4 Yanvar 2024 20:26

ABŞ Prezidenti Cozef Bayden xüsusi nümayəndəsi Amos Hoxşteyni Yaxın Şərq regionuna göndərib. Vaşinqton İsrail və Livan "Hizbullah"ı arasındakı gərginliyi azaltmaq üçün diplomatik fəaliyyəti gücləndirir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat verib.

Məlumata görə, A.Hoxşteyn yanvarın 4-də İsraildə səfərdə olacaq. Xatırladaq ki, daha əvvəl o, İsraillə Livan arasında dəniz sərhədinin qurulmasına dair aparılan uğurlu danışıqlarda iştirak edib.

Qeyd edilib ki, C.Baydenin xüsusi nümayəndəsi artıq Livanın xarici işlər naziri Abdullah Bu Habib ilə görüşüb.


Etiketlər:  ABŞ İsrail Livana xüsusi nümayəndə göndərdi


RƏYLƏR