Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ginnesin Rekordlar Kitabı”na düşən Rafael Ağayev niyə tədbirlərə dəvət edilmir? – “Saat 8-də mesaj yazıblar ki...”

“Ginnesin Rekordlar Kitabı”na düşən Rafael Ağayev niyə tədbirlərə dəvət edilmir? – “Saat 8-də mesaj yazıblar ki...”

Tarix: 4 Yanvar 2024 23:56

"Ginnesin Rekordlar Kitabı"na düşən Azərbaycanın tanınmış karateçisi Rafael Ağayevin "Motivator Sports" yutub kanalına müsahibəsi diqqətimi çəkdi.

Hər il yüksək nəticə göstərən, "Bugünkü gün heç bir tədbirdə yoxam" deyən idmançımız tədbirlərdən kənarda qalıb.

Sözügedən müsahibədən sonra Rafael Ağayevin tədbirlərə dəvət alıb-almadığını öyrənmək üçün idmançımızla əlaqə saxladım.

Rafael Ağayev musavat.com-a açıqlamasında bildirdi ki, tədbirlə bağlı hər hansı bir təklif almayıb:

"Tədbirlərə dəvət almamağımın səbəbini bilmirəm. Bunun səbəbini öyrənmək üçün danışmışam. Bu yaxınlarda Karate Federasiyasının bir tədbiri var idi. Səhər 8-də mesaj yazıblar ki, saat 12-də tədbirdir. Həmin vaxt mən uşağı Yeni il şənliyinə aparırdım deyə ora gedə bilmədim, üzrxahlıq etdim. Mən klub olaraq "Neftçi" idman klubundayam. Mənim müsahibəmə görə yox, ora ümumiyyətlə dəvət edirlər".

Rafael Ağayev Qarabağ arzusundan da danışdı:

"Hələ ki, azad olunan torpaqlarda olmamışam. Görmüşəm idmançılar gedir, demişəm ki, mən də gedim. Qarabağı ancaq şəkillərdən, TV-dən görmüşəm. İnşallah, qismət olar, gedərik. Gənclər və İdman Nazirliyindən azad olunan torpaqlara gedişlə bağlı hər hansı təklif almamışam".

Qeyd edək ki, Rafael Ağayev fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

İdmançı 2006-2016-cı illərdə fərdi karate (Kumite) üzrə 5 dəfə dünya çempionu olub. Rafael Ağayev karate üzrə -70 kq-da iki (2006 və 2008), iki dəfə -75 (2010 və 2016) və bir açıq çempionluq (2008) qazanıb. O, həmçinin 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 9 dünya çempionatı medalı qazanıb.

Milli.Az


Etiketlər:  Ginnesin Rekordlar Kitabına düşən Rafael Ağayev niyə tədbirlərə dəvət edilmir Saat 8 mesaj yazıblar ki


RƏYLƏR