Tarix: 11 Noyabr 2019 10:40
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya A Seriyasının 12-ci turunda “Milan”la görüşdə əvəzlənməsindən narazı qalıb.
Qol.az xəbər verir ki, matçın 55-ci dəqiqəsində baş məşqçi Mauritsio Sarri onu Paulo Dibala ilə əzəzləyib. Ronaldo meydanı tərk edərək, birbaşa paltardəyişmə otağına yollanıb.
34 yaşlı forvard noyabrın 3-də Çempionlar Liqasının qrup mərhələsinin "Lokomotiv"lə oyununda da əvəzlənərkən Sarrinin əlini sıxmamışdı.
Qeyd edək ki, “Milan”la görüşdə Ronaldonun əvəzinə meydana daxil olan Dibala 77-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.