Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kirman terroru: Həbs olunanlar var

Kirman terroru: Həbs olunanlar var

Tarix: 5 Yanvar 2024 15:26

İranın Kirman şəhərində törədilən terror aktlarında iştirakda şübhəli bilinən bir neçə nəfər həbs olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, kəşfiyyat orqanları hadisə ilə bağlı müəyyən detallar toplaya bilib.

Konkret olaraq hansı detallardan söhbət getdiyi açıqlanmayıb.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 84 nəfər ölüb, 284 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Kirman terroru Həbs olunanlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ