Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2024 16:52
Türkiyədə yayımlanan televiziya proqramında qorxu dolu anlar yaşanıb.
Sonxeber.net Türkiyə mediasına istinadən xəbər verir ki, Cansu Canan Özgen adlı aparıcı canlı efirdə boğulmaqla üz-üzə qalıb. Yediyi çərəz onun nəfəs yoluna düşüb. Proqramda qonaq qismində iştirak edən jurnalist, Heimlich texnikası ilə çərəzi onun boğazından çıxarmağı bacarıb.
Efir davam edəndən sonra isə aparıcı həyatını xilas etdiyi üçün jurnalistə dərin minnətdarlığını bildirib.