Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 06:38
ABŞ-ın Federal Aviasiya İdarəsi "Alaska Airlines" təyyarəsinin səmada ikən gövdəsindən bir parçanın qopmasından sonra bəzi "Boeing 737 MAX 9" təyyarələrinin istismarının dayandırılmasına qərar verib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə idarənin açıqlamasında bildirilir.
Bundan əvvəl Kaliforniya ştatının Ontario şəhərinə uçan Alyaska Hava Yollarına məxsus təyyarə təzyiqin azalması səbəbindən yola düşdükdən qısa müddət sonra Oreqon ştatının Portlend hava limanında təcili eniş edib. Bildirilir ki, bu zaman təyyarənin gövdəsinin bir hissəsi və pəncərəsi ayrılıb.
"Federal Aviasiya İdarəsi bəzi "Boeing 737 MAX 9" təyyarələrinin uçuşa qayıtmazdan əvvəl onların dərhal yoxlanılmasını tələb edir. Biz Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına Alyaska Hava Yollarının 1282 saylı uçuşunu araşdırmasında köməklik göstərdiyimiz müddətdə təhlükəsizliyə əsaslanan qərarlar qəbul etməyə davam edəcəyik", - Federal Aviasiya İdarəsinin inzibatçısı Maykl Uitaker bildirib.
Bu qərar təxminən 171 təyyarəni əhatə edəcək.