Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 10:38
Prezident Co Bayden ölkədə prezident seçkilərinə qədər III Dünya müharibəsini başlatmağa və ABŞ-ı məhv etməyə qadirdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
"Onlar heç kimə düzgün münasibət göstərmir. Beləliklə, özünüzü Üçüncü Dünya müharibəsində tapa bilərsiniz. On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər", - Tramp bildirib.
Tramp seçiləcəyi təqdirdə Ukrayna və Yaxın Şərqdə münaqişələrin qarşısını alacağını və Koreya yarımadasındakı vəziyyəti nəzarətdə saxlayacağını iddia edib.