Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Filipp Kirkorov məhkəməyə verildi

Filipp Kirkorov məhkəməyə verildi

Tarix: 7 Yanvar 2024 13:05

"Rusiya Müəllif Cəmiyyəti" müğənni Filipp Kirkorovu məhkəməyə verib. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "İzvestiya" yayıb. 

Məlumata görə, qurum Kirkorova qarşı 2 milyon rublluq iddia qaldırıb. Tanınmış müğənninin hansı səbəbdən məhkəməyə verildiyi açıqlanmayıb. 

Xatırladaq ki, dekabrın 20-dən 21-nə keçən gecə Moskvanın "Mutabor" klubunda "Almost naked" adlı şənlik təşkil edilib. Şənlikdə iştirak edənlər tədbirə açıq-saçıq geyimlərdə qatılıb. Şənlikdə rusiyalı tanınmış müğənnilər Filipp Kirkorov, Lolita, Dima Bilan, aparıcı Kseniya Sobçak, eləcə də bir neçə tanınmış şəxs iştirak edib. Şənlik ölkədə qalmaqala səbəb olub. Tədbir iştirakçıları və şənliyi təşkil edən bloqer İvleeva ictimaiyyətdən üzr istəyiblər. Bunun ardınca, mediada Kirkorovun Rusiyanın xalq artisti fəxri adından məhrum ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Buna baxmayaraq, ölkənin Mədəniyyət Nazirliyi bunun baş verməyəcəyini açıqlayıb.


Etiketlər:  Filipp Kirkorov məhkəməyə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ