Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şimali Koreya artilleriya təlimləri keçirir

Şimali Koreya artilleriya təlimləri keçirir

Tarix: 7 Yanvar 2024 13:52

Şimali Koreya Silahlı Qüvvələri ölkənin qərb sahillərində yenidən artilleriya təlimləri keçirir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin "Yonhap" informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Sarı dənizdə yerləşən Yeonpyeonqdo adasının şimalında artilleriya atışları həyata keçirilir.

Qeyd edək ki, Şimali Koreya yanvarın 6-da Sarı dəniz istiqamətində 60 mərmi atmışdı.

Xatırladaq ki, Şimali Koreya və Cənubi Koreya son vaxtlar qarşılıqlı olaraq bir-birilərini hədələyirlər.

Milli.Az


Etiketlər:  Şimali Koreya artilleriya təlimləri keçirir


RƏYLƏR