Tarix: 11 Noyabr 2019 17:48
Ukrayna Premyer Liqasının 14-cü turunda ötən gün keçirilən "Dinamo" - "Şaxtyor" oyununda (0:1) xoşagəlməz hal yaşanıb.Qol.az xəbər verir ki, oyun ərzində meydan sahiblərinin azarkeşləri irqçi şüarlar səsləndirib.
Donetsk klubunun futbolçusu Tayson ona və komanda yoldaşı Dentinyoya qarşı səsləndirilən şüarlara dözə bilməyib. Matçın 74-cü dəqiqəsində braziliyalı futbolçu qaydanı pozduğu epizoddan sonra fanatlara tərəf orta barmağını qaldırıb və topu onlara vurub. Hakim bu hərəkətinə görə futbolçuya qırmızı vərəqə göstərib. Tayson meydanı göz yaşları içində tərk edib.