Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarə qəzasında ölən Hollivud aktyorunun son paylaşımı hər kəsi heyrətləndirdi - FOTO

Təyyarə qəzasında ölən Hollivud aktyorunun son paylaşımı hər kəsi heyrətləndirdi - FOTO

Tarix: 7 Yanvar 2024 21:15

"Speed ​​Racer" filmindəki rolu ilə tanınan və ötən gün təyyarə qəzasında həlak olan Hollivud aktyoru Kristian Oliverin sosial şəbəkələrdə son paylaşımı izləyicilərini heyrətləndirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Cənnətdən salamlar!" - deyə aktyor qəzadan bir neçə gün əvvəl "Instagram" hesabında paylaşım edib.

Ehtimal edilir ki, 51 yaşlı Kristian Oliver ailəsi ilə birlikdə tətildə olub və hadisədən bir neçə gün əvvəl tropik çimərlik fotosu yayımlayıb.

"Cənnətin hansısa bir yerindən salamlar! Cəmiyyətə və sevgiyə... 2024-cü il - budur, biz gəlirik", - deyə aktyor fotoya şərh verib.
Xatırladaq ki, Kristian Oliver 10 və 12 yaşlarında olan iki qızı ilə birlikdə Karib dənizi üzərindən uçuş edərkən yüngül mühərrikli təyyarədə qəzaya uğrayıblar. Qəza nəticəsində aktyor və qızları, eyni zamanda təyyarənin pilotu həlak olublar.

Milli.Az


Etiketlər:  Təyyarə qəzasında ölən Hollivud aktyorunun son paylaşımı hər kəsi heyrətləndirdi FOTO


RƏYLƏR