Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ hökumətinin 2024-cü il üçün büdcəsi 1,6 trilyon dollar səviyyəsində razılaşdırıldı

ABŞ hökumətinin 2024-cü il üçün büdcəsi 1,6 trilyon dollar səviyyəsində razılaşdırıldı

Tarix: 8 Yanvar 2024 06:48

Konqresdəki Respublikaçı və Demokratik partiyaların nümayəndələri 2024-cü ildə federal hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gəliblər.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, maliyyələşdirmə layihəsində nəzərdə tutulan büdcə Ağ Evin tələblərinə cavab verir:

"Konqresdə liderlər tərəfindən razılaşdırılmış ikitərəfli maliyyələşdirmə qanun layihəsi bizi hökumətin lazımsız bağlanmasının qarşısını almağa və mühüm milli prioritetləri qorumağa yaxınlaşdırır".

ABŞ hökumətinin 2024-cü il üçün ümumi büdcəsi 1,6 trilyon dollar təşkil edəcək. Bunun 886 milyard dolları müdafiə xərclərinə, 704 milyard dolları isə digər xərclərə sərf olunacaq.

2023-cü ilin noyabrında Bayden federal hökuməti müvəqqəti maliyyələşdirmək üçün Konqresin hər iki palatası tərəfindən təsdiqlənən qanun layihəsini imzalayıb.

Gözlənilirdi ki, ABŞ hakimiyyəti respublikaçılarla yeni razılaşmalar əldə edə bilməsəydi, 2024-cü il yanvarın 19-dan sonra hökumət işlərinə vəsaitin ayrılması qismən dayandırıla bilər.

Bu, bir sıra dövlət proqramlarının və departamentlərinin, o cümlədən kənd təsərrüfatı, enerji, hərbi inkişaf, nəqliyyat və mənzil tikintisi ilə məşğul olanların işinin dayandırılmasına gətirib çıxaracaqdı.


Etiketlər:  ABŞ hökumətinin 2024 üçün büdcəsi trilyon dollar səviyyəsində razılaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ