Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 22:04
Ermənistanda Müdafiə Nazirliyinin adı açıqlanmayan əməkdaşı qəza törədib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, paytaxt İrəvanın Davit Bek küçəsində, yerüstü keçidin yaxınlığında BMW, "Mercedes", "Toyota" və "Opel" markalı avtomobillər toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, sürücülərdən biri Müdafiə Nazirliyinin rəsmisi, digəri isə polis zabiti olub.
Qəza nəticəsində bir nəfər yaralanıb. Onun kimliyi hələ ki, açıqlanmayıb.
Hadisənin səbəbi məlum deyil.