Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransanın yeni Baş naziri məlum olub - YENİLƏNİB

Fransanın yeni Baş naziri məlum olub - YENİLƏNİB

Tarix: 9 Yanvar 2024 16:16

Qabriel Attal Fransanın Baş naziri təyin olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Emmanuel Makron qərar imzalayıb.

34 yaşlı Q.Attal Fransa tarixində ən gənc Baş nazirdir.

Qeyd edək ki, Q.Attal indiyə qədər təhsil naziri vəzifəsində işləyib.

Xatırladaq ki, E.Makron yanvarın 8-də Baş nazir Elizabet Bornu işdən çıxarıb. O, 2022-ci ilin mayından bu vəzifədə çalışırdı.

---------

11:59

Fransanın təhsil naziri Qabriel Atal ölkənin baş naziri postunda Elizabet Bornun varisidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Frans Press" agentliyi Yelisey sarayındakı mənbəyə istinadla məlumat yayıb.

"Bu varis seçimi ilə Fransa Prezidenti Emmanuel Makron başlanğıcında bir sıra qeyri-populyar islahatlarla yadda qalan ikinci prezidentlik beşilliyinə yeni nəfəs verməyə çalışır. 34 yaşlı evli homoseksual Atal Fransa tarixinin ən gənc baş naziri olacaq. Beləliklə, Atal 1987-ci ildə Baş nazir olan Loran Fabiusu da keçəcək", - agentlik bildirib.

Qeyd edək ki, Fransa Baş naziri Elizabet Born ötən gün istefa verib.

Milli.Az


Etiketlər:  Fransanın yeni Baş naziri məlum olub YENİLƏNİB


RƏYLƏR