Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2024 21:24
Təkcə Qafqazın deyil, dünyanın geosiyasi xəritəsinin mühüm hissəsi. Zəngəzur dəhlizi...
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Ordusunun yaratdığı yeni reallıq Cənubi Qafqazda balansların dəyişməsinə səbəb oldu. Zəngəzur dəhlizinin yaranmasına imkan yarandı. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib.
O, bu barədə "Tvnet"ə müsahibəsində danışıb.
Nazir bildirib ki, Ermənistan tərəfi bu məsələyə müsbət baxmasa da artıq baş nazir Nikol Paşinyan da dəhlizin əhəmiyyətini başa düşür və bunun doğru seçim olduğunu bildirir.
Türkiyəli nazirin sözlərinə görə dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: