Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreyada it əti ticarəti qadağan edildi

Cənubi Koreyada it əti ticarəti qadağan edildi

Tarix: 9 Yanvar 2024 22:14

Cənubi Koreya parlamenti ölkədə it əti ticarətini qadağan edib.

Milli.Az APA-a istinadən xəbər verir ki, Cənubi Koreya parlamenti ölkədə heyvanlarla bağlı vəziyyətin yaxşılaşdırılması məqsədilə qədim ənənə hesab edilən it əti yeyilməsini və satışını qadağan edən qanun layihəsini dəstəkləyib.

Qeyd olunub ki, koreyalı ictimai fəallar ölkədə it ətinin istifadəsinin qadağan edilməsi məqsədilə uzunmüddətli kampaniyalar aparıblar. Əsas narazılıq itlərin elektroşokla öldürülüb asıldığı sallaqxanalarla bağlı olub. İt fermerləri isə prosesin daha "insani" yollarla həyata keçirildiyini bildiriblər.

İt ətindən istifadənin qadağan edilməsinə dəstək Prezident Yoon Suk Yeolun dövründə daha da artıb. Onun 6 iti, birinci xanımın isə 8 pişiyi olduğu bildirilir.

Hakim partiya tərəfindən təklif edilən qanun layihəsini 208 lehinə, 2 bitərəf olmaqla parlament üzvlərinin mütləq əksəriyyəti dəstəkləyib. Qanunun pozulmasına görə 22 800 dollar cərimə nəzərdə tutulub.

Məlumata görə, Cənubi Koreyada it ətindən əsasən ölkədə rütubətli iqlimə dözümün artırılması məqsədilə istifadə edilir. Hazırda it əti yemək praktikasının ölkədə çox az hallarda baş verdiyini, əsasən yaşlılar tərəfindən istifadə edildiyi bildirilir.

Milli.Az


Etiketlər:  Cənubi Koreyada əti ticarəti qadağan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ