Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 14:20
Ermənistanın baş naziri Nikol Paşinyan orduda nizam-intizamın gücləndirilməsi üçün tədbirlərin görülməsi barədə tapşırıq verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, N.Paşinyan Müdafiə Nazirliyində keçirilən yekun iclasda ordu rəhbərliyinə nizam-intizamın gücləndirilməsi üçün tədbirlər görməyi tapşırıb.
Xatırladaq ki, yanvarın 9-da Ermənistanın Basarkeçər rayonunda MN-nin hərbi hissələrindən birində xidməti postda müddətli hərbi qulluqçu Karen Karapetyanın meyiti aşkar edilib. Bir neçə saat sonra isə baş leytenant Mikael Danielyanın meyiti güllə yarası ilə başqa postda tapılıb.