Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 15:20
Aktyor, əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru. Yadigar Muradov xərçəng xəstəliyinə tutulub.
Aktyorun qalxanabənzər vəzində bədxassəli düyünlər yarandığına görə, əməliyyat olunub.
Milli.az xəbər verir ki, lent.az-a danışan Yadigar Muradov bildirib ki, özünü nikbin hiss edir və bu məsələ ətrafında hay-küy yaradılmasından narazıdır.
"Allah dərd də verir, dərmanını da. Heç istəmirəm bədbinlik hökm sürsün, ağlaşma qopsun. Heç kimdən heç nə gözləmirəm. Əməliyyat olunmuşam, bir az danışmağa çətinlik çəkirəm, səs tellərim bir qədər zədələnib. Hər şeyin yaxşı olacağına inanıram. Bir dostum var ogün deyir, oğlun üçün Allaha o qədər yalvardın, Allah ona qıymadı, səni xəstələndirdi. Bu sözdən ləzzət aldım, düz sözə nə deyəsən?",- deyə o bildirib.