Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Deyirlər, uşaqpulunun verilməsinə qarşı çıxıb...” - Flora Kərimova Zeynəb Xanlarovadan danışdı

''Deyirlər, uşaqpulunun verilməsinə qarşı çıxıb...” - Flora Kərimova Zeynəb Xanlarovadan danışdı

Tarix: 10 Yanvar 2024 19:45

Xalq artisti Flora Kərimova həmkarı, "Şöhrət" ordenli xanəndə Zeynəb Xanlarovanın müdafiəsinə qalxıb. O, 88 yaşlı müğənninin ünvanına səslənən tənqidlərlə razılaşmadığını bildirib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Flora Kərimova bu barədə "Elgizlə izlə" verlişində danışıb.

Xalq artisti Zeynəb Xanlarovanın Azərbaycan mədəniyyətinin yorulmaz təbliğatçısı olduğunu bildirib: "Zeynəb Xanlarova təkcə Amerikada deyil, hətta Afrikada da Azərbaycanı təbliğ edib. İndi Zeynəb xanımın haqqında yüz fikir yazırlar. Güya, uşaq pulunun verilməsinə qarşı çıxıb, nəyəsə etiraz edib. Bunlar hamsı yalandır. Zeynəb Xanlarova həmişə xalqın sözünü deyib".

Verlişin aparıcısı Elgiz Əkbər də Flora Kərimovanın fikirlərini dəstəkləyib. O, Zeynəb Xanlarovanın müsiqi dühası olduğunu bildirib.


Etiketlər:  Deyirlər uşaqpulunun verilməsinə qarşı çıxıb Flora Kərimova Zeynəb Xanlarovadan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ