Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Qoşulmama Hərəkatına sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib

Prezident: Qoşulmama Hərəkatına sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib

Tarix: 10 Yanvar 2024 22:15

Qoşulmama Hərəkatına sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib və doğru yolda olduğumuza dair daha böyük özünəinam yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.

"Hərəkatın yaranmasının təməl prinsiplərini - daha dəqiq desək, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini həmişə tam dəstəkləmişik və dəstəkləyirik, həmçinin Hərəkatın təsisçilərinin 60 ildən də çox müddət əvvəl rəhbər tutduqları ideyaları bölüşürük - məhz böyük geosiyasi mərkəzlərdən uzaq durmaq və heç kimin dediyi ilə oturub-durmamaq", - deyə dövlətimizin başçısı bildirib.

Milli.Az


Etiketlər:  Prezident Qoşulmama Hərəkatına sədrlik bizə BMT dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib


RƏYLƏR