Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Navalnı uzun müddət sonra üzə çıxdı

Navalnı uzun müddət sonra üzə çıxdı

Tarix: 10 Yanvar 2024 22:38

Rusiyalı müxalifətçi Aleksey Navalnı uzun müddət sonra məhkəmə iclasında iştirak edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Yamal rayonunun Xarp kəndinin xüsusi rejimli koloniyasında olan Navalnı məhkəməyə onlayn şəkildə qatılıb.

Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalif lider Navalnının tərəfdarları onunla əlaqənin kəsildiyini bildiriblər.

Dekabrın 15-də federal penitensiar xidmət siyasətçinin Vladimir koloniyasından aparıldığını bildirib, 10 gün sonra onun Xarp kəndindəki müvafiq həbsxana kamerasında olduğu məlum olub.

Milli.Az


Etiketlər:  Navalnı uzun müddət sonra üzə çıxdı


RƏYLƏR