Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ucarda 36 yaşlı kişi küçədə qətlə yetirildi

Ucarda 36 yaşlı kişi küçədə qətlə yetirildi

Tarix: 12 Noyabr 2019 10:44

Bakı. Samir Əli - Trend:

Ucar rayonunda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun 20 yanvar küçəsində qeydə alınıb.

Rayon sakini Səfərov Nazim Əbil oğlu həmyerlisi, 1983-cü il təvəllüdlü Cəbrayılov Abbas Malik oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə N.Səfərov üzərində gəzdirdiyi bıçaqla A.Cəbrayılovu bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən N.Səfərov saxlanılıb.


Etiketlər:  Ucarda 36 yaşlı kişi küçədə qətlə yetirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ