Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp Rusiya və Çin liderlərini çox ağıllı insanlar adlandırıb

Tramp Rusiya və Çin liderlərini çox ağıllı insanlar adlandırıb

Tarix: 11 Yanvar 2024 08:54

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpini çox ağıllı insanlar adlandırıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə o, Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"ABŞ prezidenti Co Bayden iki cümləni birləşdirə bilmir və o, bizi nüvə silahı ilə təsəvvür edir. Putin və Si Cinpin çox ağıllı insanlardır. Ağıllı deməyimə media nifrət edir, amma sizə deyim ki, onlar çox ağıllı və çox hiyləgərdirlər"-deyə, o bildirib.

Bundan əvvəl Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğunu və ABŞ administrasiyasının rəhbəri postunu tutsaydı, Ukraynadakı münaqişənin qarşısını ala biləcəyini bildirmişdi.

Qeyd edək ki, respublikaçıların 49%-i Trampın ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini dəstəkləyir.

Milli.Az


Etiketlər:  Tramp Rusiya Çin liderlərini çox ağıllı insanlar adlandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ