Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xətaidə mənzildə köməksiz qalan uşaq belə xilas edildi - VİDEO

Xətaidə mənzildə köməksiz qalan uşaq belə xilas edildi - VİDEO

Tarix: 11 Yanvar 2024 13:54

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bir uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az bildirir ki, Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə 17 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.

Milli.Az


Etiketlər:  Xətaidə mənzildə köməksiz qalan uşaq belə xilas edildi VİDEO


RƏYLƏR