Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kişi və qadınlar özlərini sevməli və bu cür enerji verməlidir..." - 92 yaşlı model

Tarix: 11 Yanvar 2024 23:24

"O, 92 yaşında dünyanın ən yaşlı modeli kimi "Vogue Czechoslovakia" jurnalının üz qabığını bəzəyib..."

"O, sübut edir ki, insanın yaşı, sadəcə, rəqəmlərdir və bəzi insanlar yaşa dolduqca şərabı xatırladır..."
 
Karmen Dell'Orefiçe moda industriyasında ən yaşlı model kimi tanınır. O, 13 yaşında avtobusda gözə dəyib və indiyədək 92 yaşında da işləməkdə davam edir.
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Oddity Central" nəşri yazıb.
 
Karmen Dell'Orefiçenin moda dünyası ilə ilk təması uğursuz olub. Avtobusda cəmi 13 yaşı olanda balet dərsinə gedən zaman fotoqraf German Landşoffun həyat yoldaşı ona yaxınlaşanda Dell'Orefiçe görüb ki, onun sınaq fotoşəkilləri heç nə ilə nəticələnməyib. 
Lakin cəmi iki il sonra, 15 yaşında o, "Vogue" jurnalının üz qabığını bəzəyib, bundan sonra fotoqraf Ervin Blümenfeldin sevimli modelinə çevrilib.
 
Karmen Dell'Orefiçe ötən il 92 yaşında "Vogue Czechoslovakia" jurnalının üz qabığında bu dəfə dünyanın ən yaşlı modeli kimi üzə çıxıb.
Nyu-Yorkda anası tərəfindən tərbiyə alan Dell'Orefiçenin uşaqlığı asan olmayıb. Onun ailəsi maliyyə çətinlikləri yaşayıb, özü çox arıq olub, bu da fotoqraflara problemlər yaradıb.
 
Onların evlərində hətta telefon olmayıb, ona görə də "Vogue" jurnalı onu çəkilişə dəvət etmək üçün arxasınca kuryerlər göndərib. Model işi ailəsini dolandırmağa güclə yetib, ona görə də o, anası ilə birgə birtəhər vəziyyətdən çıxmaq üçün hətta toxucu işləməli olub.
 
Onun şəxsi həyatı da nağıla bənzəməyib. 1950-ci illərin əvvəllərində Bill Maylza ərə gedib, əri onun karyerasından istifadə edərək, həyat yoldaşından model agentliyinin çeklərini əldə edərək, ona öz qazancından cəmi 50 dollar verib.

Onlar boşanıb və Karmen fotoqraf Riçard Heymana ərə gedib, lakin 1958-ci ildə Karmen model biznesini tərk edəndən sonra əri də onu tərk edib.
 
Ağır maliyyə vəziyyəti Karmeni 1978-ci ildə model biznesinə qayıtmağa inandırıb və yalnız bir neçə ildən sonra o, yenidən moda jurnallarının üz qabıqlarını bəzəməyə başlayıb.
 
O zamandan o, səylə çalışır, jurnallarda, reklam şirkətlərində görünür, hətta dəbdə olan müxtəlif brendlərin podiumlarına qalxır. Öz yaşına rəğmən, dayanmaq barədə düşünmür.
 
"Kişi və qadınlar özlərinə qayğı göstərməli və özlərini sevməlidir. Gözəlliyin qorunub saxlanılması sirlərindən biri körpə üçün etdiklərinizi etməyinizdir, onu sevgi ilə tərbiyə edib qidalandırmağınızdır", - 92 yaşlı qadın bu yaxınlarda verdiyi müsahibələrinin birində deyib.
 
"Bax, biz özümüzlə nə etməliyik: özümüzə qayğı göstərməli, özümüzü sevməli və özümüzə belə enerji verməliyik".
 
2022-ci ildə 91 yaşında Karmen Dell'Orefiçe riskli fotosessiya üçün lüt soyunub, ötən il isə bir neçə moda jurnalının üz qabığını bəzəyib.

O, insanın yaşının yalnız rəqəmlər olduğunu və bəzi insanların yaşa dolduqca şəraba bənzədiyini sübut etməkdə davam edir.

Milli.Az


Etiketlər:  Kişi qadınlar özlərini sevməli bu cür enerji verməlidir 92 yaşlı model


RƏYLƏR