Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millinin keçmiş baş məşqçisi xərçəngə tutuldu: Bir il yaşayacaq - FOTO

Millinin keçmiş baş məşqçisi xərçəngə tutuldu: Bir il yaşayacaq - FOTO

Tarix: 11 Yanvar 2024 23:58

75 yaşlı məşqçi bildirib ki, həkimlər onun təxminən bir il ömrünün qaldığını proqnozlaşdırırlar.

Milli.Az lent.az-a istinadən bildirir ki, İngiltərə millisinin, "Benfika", "Latsio" və "Roma"nın keçmiş baş məşqçisi Sven-Yoran Eriksson xərçəng xəstəliyinə tutulub.

"Hamı görür ki, mənim ciddi bir xəstəliyim var və bunun xərçəng olduğunu güman edir. Elədir. Amma mümkün qədər uzun müddət mübarizə aparmalıyam. Bilirəm ki, ən yaxşı halda mənə təxminən bir il, ən pis halda daha az vaxt qalıb. Ya da ən yaxşısı, inanıram, daha da uzun. Həkimlərin tam əmin ola biləcəyini düşünmürəm.

Bu barədə düşünməmək daha yaxşıdır. Beyninizi aldatmaq lazımdır. Həmişə bu haqda düşünə, evdə oturub bəxtsiz olduğumu düşünə bilərdim və s. Özünüzü bu mövqedə tapmaq asandır. Ancaq hər şeyə müsbət baxmaq və uğursuzluq üzərində dayanmamaq lazımdır, çünki bu, əlbəttə ki, hamının ən böyük uğursuzluğudur. Hardansa bir yerdən çıxır və sizi şoka salır.

Heç bir şiddətli ağrı hiss etmirəm. Amma mənə bir xəstəlik diaqnozu qoyuldu ki, onu ləngitmək olar, amma müalicəsi mümkün deyil. Bu, reallıqdır", - Eriksson bildirb.

75 yaşlı Eriksson son olaraq İsveç üçüncü divizionunda çıxış edən "Karlstade"də idman direktoru vəzifəsində çalışıb.

Milli.Az


Etiketlər:  Millinin keçmiş baş məşqçisi xərçəngə tutuldu Bir il yaşayacaq FOTO


RƏYLƏR