Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arvadı məşhur ulduzunu evdən qovdu

Arvadı məşhur ulduzunu evdən qovdu

Tarix: 12 Yanvar 2024 07:08

İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Kayl Uoker beş aydır ki, həyat yoldaşı ilə yaşamır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Enni Kilner ciddi mübahisədən sonra Kaylı evdən qovub. Mübahisəyə səbəb isə Uokerin Lorin Qudman adlı keçmiş sevgilisi ilə münasibətidir.

Kilner Uokeri qadınla görüşməkdə və xəyanət etməkdə günahlandırıb.

Futbolçu ötən il qısqanc həyat yoldaşına keçmiş sevgilisini bir daha görməyəcəyinə söz verib və hətta sosial şəbəkələrdə onu bloklayıb. Daha sonra Kayl özü etiraf edib ki, Qudmanla "dostluğunu" bərpa edib.

Milli.Az


Etiketlər:  Arvadı məşhur ulduzunu evdən qovdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ