Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək öldü, cinayət işi başlandı

Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək öldü, cinayət işi başlandı

Tarix: 12 Noyabr 2019 12:03

Bakı. Samir Əli - Trend:

Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək ölüb.

Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumatda bildirilir ki, noyabrın 11-i səhər saat 08 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazsində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər prokurorluğuna tapşırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək öldü cinayət işi başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ