Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin “6G” şəbəkəsinin hazırlanmasını prioritet adlandırıb

Çin “6G” şəbəkəsinin hazırlanmasını prioritet adlandırıb

Tarix: 12 Noyabr 2019 12:04

Dünya yenicə "5G" texnologiyasından istifadəyə keçir, lakin Çində artıq altıncı nəsil mobil rabitə hazırlanır. Elm və Texnologiya Nazirliyi yeni protokolun sürətlə hazırlanması ilə məşğul olacaq iki tədqiqat qrupunun yaradıldığını elan edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, Çin provayderləri yalnız bu yaxınlarda "5G" tariflərini elan ediblər. Cari ilin sonunadək Çində 130 mindən çox baza stansiyasının istismara verilməsi planlaşdırılır. Cənubi Koreya və ABŞ Çindən geri qalmamağa çalışır.

 

Beşinci nəsil mobil rabitə texnologiyası 2009-cu ildə istifadəyə verilmiş "4G" ilə müqayisədə faylların ötürülməsini 10 dəfə sürətləndirəcək. "5G" texnologiyasının istifadəyə verilməsi ilə həyatımızın necə dəyişəcəyini təsəvvür etmək hələ ki çətindir. İstifadəçilər, ilk növbədə qeymerlər sürətin artmasını müşahidə edə biləcəklər, amma ciddi dəyişikliklər bir neçə il sonra qeydə alınacaq. "6G" texnologiyası barədə nə isə söyləmək daha çətindir.

 

Emil Hüseynov




Etiketlər:  Çin şəbəkəsinin hazırlanmasını prioritet adlandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ