Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metyu Brayza: ''Sülh müqaviləsi əlçatan görünür və çox güman ki...''

Metyu Brayza: ''Sülh müqaviləsi əlçatan görünür və çox güman ki...''

Tarix: 12 Yanvar 2024 17:32

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza (Matthew Bryza) hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi əlçatan görünür.

Sonxeber.net bildirir ki, "Report"a açıqlamasında ekspert tezliklə sülh müqaviləsinin bağlanacağını güman etdiyini deyib.

Keçmiş səfir bununla belə sərhədlərin delimitasiyası ilə bağlı məsələlərin həlli üçün hələ xeyli danışıqlar aparılmasına ehtiyac olduğunu deyib.

"Sərhədlərin demarkasiyası ilə tarixin hansı nöqtəsində hansı xəritələrin və etnik əhalinin hansı məkanlarının olmasını həll edilməsi həmişə çox çətin məsələ olub. Görünən odur ki, sərhədlərin delimitasiyası ilə bağlı bu cür məsələlərin həlli üçün hələ çox danışıqlar aparılmalıdır. Ancaq yaxşı xəbər də var, sülh müqaviləsi əlçatan görünür və çox güman ki, tezliklə bağlanacaq",- o qeyd edib.

Diplomat bu vəziyyətin çox vacib bir məqam olduğunu vurğulayıb:

"Çünki sülh müqaviləsi münaqişəni siyasi yolla həll edəcək və ya müharibəni siyasi yolla bitirəcək. Söhbət məhz siyasi həlldən gedir. Çünki bütün müharibələr hərbi mərhələdən sonra siyasi razılaşma ilə başa çatır. Hazırda gəldiyimiz nöqtə budur".

M.Brayza Qarabağ münaqişəsi ilə məşğul olduğu dövrə də diqqət çəkib və bildirib ki, bütün o illər ərzində heç vaxt yaxın perspektivdə sülh müqaviləsinin real olduğunu görməyib:

"Sülh müqaviləsi həmişə çox uzaq görünürdü. Ona görə də Madrid prinsipləri və Minsk qrupunun bütün danışıqları daha təvazökar bir məqsəd üzərində cəmlənmişdi; bu, gələcək sülh müqaviləsinin əsas prinsiplərinin razılaşdırılması idi".

"Ancaq indi biz sülh müqaviləsinin mümkün göründüyü bir nöqtədəyik. Sülh müqaviləsi qüvvədə olanda iki ölkə arasında beynəlxalq sərhədin müəyyənləşdirilməsi ilə həmişə əlaqəli olan texniki, tarixi və mədəni məsələlərin həllinin daha asan olacağını düşünürəm", - deyə ekspert fikrini tamamlayıb.


Etiketlər:  Metyu Brayza Sülh müqaviləsi əlçatan görünür çox güman


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ