Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə növbəti mərhələdə

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə növbəti mərhələdə

Tarix: 12 Yanvar 2024 23:24

Xorvatiyada güləş üzrə "Zaqreb Open" turniri davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışın üçüncü günündə Azərbaycanın 6 güləşçisi xalça üzərinə çıxıb.

Kişilər arasında 77 kiloqramda yunan-Roma güləşçisi Sənan Süleymanov türkiyəli Ahmet Yılmaza (3:1), bolqarıstanlı Aik Mnatsakanyan (2:0) və almaniyalı İdris İbayevə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Türkiyənin digər təmsilçisi Yunus Emre Başarı (3:3) sonuncu xal prinsipinə əsasən üstələyən Süleymanov finalda macarıstanlı Joltan Levayla qarşılaşacaq.

Bu çəkidəki digər təmsilçimiz Xasay Həsənli ilk mərhələdə finlandiyalı Conni Sarkkinenə uduzub - 3:8.

87 kiloqramda İslam Abbasov 1/16 finalda macarıstanlı İştvan Takaça minimal fərqlə məğlub olub - 2:3.

Qadınların mübarizəsində isə 59 kiloqramda Alyona Kolesnik ilk turda ukraynalı Alina Filipoviçə (5:2) qalib gəldikdən sonra moldovalı Mariana Esanuyə uduzub - 3:4. Kolesnik son turda macarıstanlı Nikolet Şaboyla qarşılaşacaq.

Birgül Soltanova (62 kiloqram) təsnifat mərhələsində fransalı İriş Tibunu mübarizədən kənarlaşdırıb - 6:0. Ancaq 1/8 finalda rusiyalı Veranika İvanova keçilməz olub - 0:11.

Elis Manolova (68 kiloqram) ilk mərhələdə hindistanlı Radika Radikaya məğlub olub - 4:7.

Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində indiyədək üç bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) fəxri kürsüyə qalxıblar.

Milli.Az


Etiketlər:  Azərbaycan güləşçiləri beynəlxalq turnirdə növbəti mərhələdə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ