Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Covid”i öncədən bilən mediumdan ŞOK açıqlamalar - Məşhurları nə gözləyir?

“Covid”i öncədən bilən mediumdan ŞOK açıqlamalar - Məşhurları nə gözləyir?

Tarix: 13 Yanvar 2024 18:05

İngilis medium Nokolas Aujula son illər verdiyi proqnozlarla məşhurlaşıb. "Covid 2019" pandemiyasını, Madonnanın ölümcül  xəstəliyə tutulacağını, Paris Hiltonun bir ilin içində iki dəfə ana olacağını öncədən görən Nikolas yenidən proqnozları ilə diqqət çəkib.

Milli.Az lent.az-a istinadən xəbərinə görə, Nikolas keçmiş həyatında Misir kraliçası və şir olaraq dünyaya gəldiyini bildirərək, proqnozlarını ona daxili səsinin və yuxularının söylədiyini də bildirib.

Nikolas İngiltərə kraliyyət ailəsində yeni qalmaqalların olacağını söyləyib. O ailənin istənməyən gəlini Meqan Marklın ürək ağrıları yaşayacağını, mənəvi problemlərlə qarşılaşacağını bildirib. Medium həmçinin kral Carlzın xəstələnəcəyini, krallığın isə üzə çıxan qalmaqallı bir səsyazısı ilə silkələnəcəyini deyib.

Dünya şöhrətli ulduzlardan Viktoriya Bekhem və Kim Kardaşyanın 2024-cü ildə daha da varlanacağını deyən 37 yaşlı medium Kim Kardaşyanın yazacağı bir kitabla sərvətinə sərvət qatacağını deyib.

O, Meqan Markl, Kayli Cenner, Leonardo Di Kaprio, Kris Cenner kimi ulduzlar  üçün çətin bir il olacağını deyib. 

Yeni gələn il şir, əqrəb, buğa və dolça bürcləri üçün hökmranlıq illəri olacaq

Milli.Az


Etiketlər:  Covidi öncədən bilən mediumdan ŞOK açıqlamalar Məşhurları gözləyir


RƏYLƏR