Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2024 17:58
Etiraf etməliyik ki, dövlətin varlığı, qorunub saxlanması, inkişafı ilə bağlı çoxlu nüansları bilmirik.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Dövlət bayrağımızla nə edəcəyimizlə bağlı hələ də suallarımız və mübahisələrimiz var. Biz hələ də həmişə və hər yerdə bayraqla necə davranacağımızı bilmirik, hələ də dövlət himnimizi necə təqdim edəcəyimizi bilmirik. Hardasa himn uzun, hardasa qısa oxunur, ancaq bir himn var, o, hər yerdə eyni, standart səslənməlidir. Görün bu nə qədər primitivdir, mən beynəlxalq və xarici əlaqələrdən danışmıram. Etiraf etməliyik ki, biz heç nə bilmirik, dövlət yaratmağı, onu gücləndirməyi öyrənməliyik, amma bunun üçün ilk növbədə dövlətin nə olduğunu başa düşməliyik", - Paşinyan bildirib.