Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klublarımızın avrokuboklarda ilk oyunu - təqvim

Klublarımızın avrokuboklarda ilk oyunu -  təqvim

Tarix: 6 May 2019 14:40

Avrokubokların 2019/2020 mövsümünün təqvimi açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının 1-2-ci təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq. Bununla da klublarımız ilk rəqibini tanıyacaq.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları iyulun 9-10-u, cavab matçları 16-17-də keçiriləcək.

Avropa Liqasında iştirak edəcək "Neftçi" və "Səbail" də yarışa ilk təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin oyunları isə iyulun 11-18-də keçiriləcək.

Azərbaycan kubokunun qalibi ("Qəbələ" və ya "Sumqayıt") mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

 


Etiketlər:  Klublarımızın avrokuboklarda ilk oyunu təqvim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ