Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2024 20:00
Bəşəriyyəti "X" xəstəliyi gözləyir. Bütün dünya yeni bir pandemiyaya hazırlaşmalıdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda məlumat verilib.
Bildirilib ki, yeni xəstəlik barədə Dünya İqtisadi Forumunda danışılacaq.
"Sirli xəstəlik 2024-cü il yanvarın 15-dən 19-dək İsveçrə şəhərində baş tutacaq Davos toplantısında gündəmin bir hissəsi olacaq. İclasda səhiyyəni qarşıda duran çoxsaylı problemlərə hazırlamaq üçün lazım olan tədbirlər nəzərdən keçiriləcək", - məlumatda qeyd olunub.
Yanvarın 17-də yeni xəstəliklə birbaşa bağlı iclasın keçiriləcəyi bildirilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hələ 2018-ci ildə "X" xəstəliyini prioritet xəstəliklər siyahısına salmışdı. ÜST bildirir ki, bu xəstəlik COVİD-19-dan 20 dəfə daha çox ölümə səbəb ola bilər.