Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Davosda Ukrayna-Rumıniya danışıqları başladı

Davosda Ukrayna-Rumıniya danışıqları başladı

Tarix: 14 Yanvar 2024 20:04

Ukrayna Davosda Rumıniya ilə ikitərəfli təhlükəsizlik sazişinin bağlanması üzrə danışıqlara başlayıb

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Davosda danışıqlar Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Fotanın iştirakı ilə baş tutub.

Qeyd olunur ki, Rumıniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik danışıqlarına başlayan 9-cu ölkə olub və bir daha Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə, eləcə də onun Avropa və Avro-Atlantik yoluna sarsılmaz dəstəyini təsdiqləyib.

Milli.Az


Etiketlər:  Davosda Ukrayna Rumıniya danışıqları başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ