Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rask hücumu: İran teraktı törədənləri yaxaladı

Rask hücumu: İran teraktı törədənləri yaxaladı

Tarix: 14 Yanvar 2024 23:06

Genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində İranın cənub-şərqindəki Rask şəhərində terror aktını törədənlər həbs edilib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu sözləri İranın polis rəisi, briqada generalı Əhməd Rza Radan deyib.

O, teraktın dörd əsas səbəbkarının sağ-salamat tutulduğunu bildirib:

"Onların sağ ələ keçirilməsi hücumun təşkilatçılarını şoka salıb. Biz digər cinayətkarları və Rask hadisəsinin təşkilatçılarını həbs etmək üçün etibarlı məlumat aldıq və Allahın lütfü ilə terrorizmin köklərini məhv edəcəyik".

Qeyd edək ki, ötən ilin dekabrında Rask şəhərinin polis bölməsinə silahlı hücum nəticəsində 12 polis ölmüş, 7 polis yaralanmışdı. Bəlucların "Ceyşül Ədl" silahlı qruplaşması bəyanat yayaraq hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.

Milli.Az


Etiketlər:  Rask hücumu İran teraktı törədənləri yaxaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ