Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ ordusu batan miqrantları xilas etmədi

ABŞ ordusu batan miqrantları xilas etmədi

Tarix: 14 Yanvar 2024 23:52

Texas Milli Qvardiyası sərhədçilərə Rio Qrande çayında boğulan üç qaçqını xilas etməyi qadağan edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb.

Məlumata görə, hərbçilər Meksikadan ABŞ-a girməyə çalışan qadın və uşaqlarla bağlı məlumat alıblar:

"Texas rəsmiləri ilə telefonla əlaqə saxlaya bilməyən sərhədçilər Hərbi Departamentin və Texas Milli Qvardiyasının nümayəndələrinin yanına gediblər. Hərbçilərə bildiriblər ki, fövqəladə vəziyyət halında belə meksikalılara giriş qadağandır. Beləliklə də çayda batan miqrantları xilas etmək mümkün olmayıb".

Milli.Az


Etiketlər:  ABŞ ordusu batan miqrantları xilas etmədi


RƏYLƏR