Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2024 09:10
Çirkli pulların yuyulması və vergidən yayındığı üçün həbs olunan Dilan Polatın "Instagram" səhifəsi yenidən aktiv edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dilan Polatın qayınanası Şükran Polat məlumat yayıb.
O bildirib ki, Dilanın səhifəsi yenidən işləməyə başlayacaq, lakin bunu kimin edəcəyi açıqlanmayıb.
Qeyd edək ki, həbs olunduğu gündən psixoloji problemləri olduğu iddia edilən Dilan Polatın 11 gün əvvəl Bakırköy Psixiatriya Xəstəxanasında müalicə aldığı məlum olub.
Dilan Polatın vəkili Sevinç Horoz bildirib ki, müvəkkilinin dərmanları yenidən nizamlanıb və o bir az dincəldikdən sonra həbsxanaya qayıdıb.