Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur klublar türkiyəli ulduza görə “Yuventus”a elçi düşdülər

Məşhur klublar türkiyəli ulduza görə “Yuventus”a elçi düşdülər

Tarix: 15 Yanvar 2024 09:40

Baş məşqçi Maks Alleqrinin rəhbərliyi altında "Yuventus"da getdikcə daha çox meydana çıxmağa başlayan Kenan Yıldız "Borussiya" və "Liverpul"un diqqətini çəkib.

İtaliya komandasının maliyyə problemlərinə görə bəzi futbolçularını sata biləcəyi ilə bağlı xəbərlər yayılıb və həmçinin Kenan Yıldızın da adı hallanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, təkliflər "Yuventus" tərəfindən rədd edilib.

İddialara görə, "Yuventus" futbolçunu 40 milyon avrodan aşağı satmayacaq. Ancaq verilən digər məlumata əsasən, "Yuventus" nə qədər çətin vəziyyətdə olsa da, Kenan Yıldızı satmayacaq. Bu səbəbdən hazırda "Liverpul"un bu transferi həyata keçirməsi gözlənilmir.

Milli.Az


Etiketlər:  Məşhur klublar türkiyəli ulduza görə Yuventusa elçi düşdülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ