Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2024 13:16
Qərb dövlətləri Ukraynaya təcavüzkarı məğlub etməkdə kömək etməsələr, NATO Rusiyanın işğalının hədəfinə çevrilə bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Estoniya Baş naziri Kaya Kallas deyib.
"Rusiya sözsüz ki, NATO ilə münaqişədən qorxur. Və biz Alyansda olduğumuz üçün müharibəmiz yoxdur. Ona görə də bunun real təhlükə olduğunu düşünmürəm. Eyni zamanda, Avropa ölkələri öz müdafiə xərclərini artırmalıdır. NATO Nizamnaməsində hamımıza məlum olan 5-ci maddə var, lakin 3-cü maddə də var ki, hər bir ölkə kollektiv müdafiəni gücləndirmək üçün əlindən gələni etməlidir", - Kallas bildirib.