Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Superliqa klubunda yeni baş məşqçi

Superliqa klubunda yeni baş məşqçi

Tarix: 12 Noyabr 2019 15:04

Türkiyə Superliqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə "Gənclərbirliyi"ndən ayrılan Mustafa Kaplan təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Ankaragücü" baş məşqçisi Metin Diyadini komandanın uğursuz çıxışı səbəbindən dünən istefaya göndərmişdi.

Xatırladaq ki, M.Kaplan ötən mövsüm "Ankaragücü"nü çalışdırıb.

 


Etiketlər:  Superliqa klubunda yeni baş məşqçi


RƏYLƏR