Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı onsuz da deyir ki, bu, artıq lazım deyil - Simonyan

Bakı onsuz da deyir ki, bu, artıq lazım deyil - Simonyan

Tarix: 15 Yanvar 2024 22:52

Sülh müqaviləsində Zəngəzur dəhlizi ilə bağlı bənd yoxdur və ola da bilməz.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri yanvarın 15-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Biz dedik: anlayırıq ki, Azərbaycan öz ölkəsinin bir  bölgəsindən digərinə keçmək istəyir, biz onlar üçün bütün yolları açmağa hazırıq, lakin konkret eksterritorial yol haqqında heç nə yoxdur. Bunu 15 iyul 2023-cü il tarixli bəyanatda deyildiyi kimi, Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti ilə artıq razılaşdırılmış üç əsas prinsip sübut edir. Odur ki, daha bu barədə danışmayaq. Üstəlik, baş nazir çox maraqlı və vacib bir məqama toxundu: azərbaycanlılar deyirlər ki, bu yol artıq bizim üçün maraqlı deyil, İrandan keçən yolumuz var. Biz də deyirik ki, eyni məntiqlə yol verməyə hazırıq, o, daha qısa və bu dəmir yolunu çəkmək daha asan olacaq", - Simonyan bildirib.

Jurnalistlərin Zəngəzur dəhlizinin Azərbaycana "siyasi məqsədlər üçün" lazım olması ehtimalı barədə sualına cavab olaraq isə Simonyan deyib:

"Mən onların adından danışa bilmərəm. Danışıqlar aparan tərəf olaraq biz vicdanlıyıq. Bizim ikitərəfli etimad problemimiz var, indi bununla məşğul oluruq. Biz sülh və normal iqtisadi əlaqələr qurmaq əzmindəyik".


Etiketlər:  Bakı onsuz deyir artıq lazım deyil Simonyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ