Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski bu ölkədə dəhşətli qarşıdurma yaradacaq - Soskin

Zelenski bu ölkədə dəhşətli qarşıdurma yaradacaq - Soskin

Tarix: 16 Yanvar 2024 12:38

Ukrayna Prezidenti Vladimir Zelenskinin İsveçrəyə səfəri münaqişəyə səbəb olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.

"Aydındır ki, bu, oradakı siyasi cəmiyyətdə dəhşətli qarşıdurma yaradacaq, çünki İsveçrə Avstriyadan da neytral ölkədir", - Soskin bildirib.

Ekspertin fikrincə, Rusiya rəhbərliyinin yüksək rütbəli nümayəndələri olmadan Davosda diplomatik təmaslar mümkün deyil.

Qeyd edək ki, V.Zelenski İsveçrədə işgüzar səfərdədir.

Milli.Az


Etiketlər:  Zelenski bu ölkədə dəhşətli qarşıdurma yaradacaq Soskin


RƏYLƏR