Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran ABŞ hərbi bazasına zərbələr endirdi

İran ABŞ hərbi bazasına zərbələr endirdi

Tarix: 16 Yanvar 2024 20:20

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın Ərbil şəhərində ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Ərbildə təxminən yeddi-səkkiz güclü partlayış olub. Ballistik raketlərlə və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Hərirdəki hərbi bazasına və ona bitişik beynəlxalq hava limanına zərbələr endirilib.

Hazırda Ərbildə hava hərəkəti dayandırılıb. Üç pilotsuz təyyarə vurulub. Amerika tərəfi hərbçilər arasında itkilərin olmadığını bildirib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, "kəşfiyyat qərargahları"na və "anti-İran" qüvvələrinə qarşı ballistik raket zərbələri endirilib.

Milli.Az


Etiketlər:  İran ABŞ hərbi bazasına zərbələr endirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ