Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran Pakistandakı hədəfləri raketlə vurdu

İran Pakistandakı hədəfləri raketlə vurdu

Tarix: 16 Yanvar 2024 22:46

İran İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah", İran Silahlı Qüvvələrinə daxildir) "Cəyş əl-Zülm" qruplaşmasının Pakistandakı qərargahlarına zərbələr endirib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" yazıb.

Agentliyin məlumatına görə, zərbələr raket və dronlar vasitəsilə vurulub. Beləliklə, "Sepah" ilk dəfə Pakistan ərazisini vurmuş olub.

"Tasnim"in məlumatında qeyd olunub ki, zərbələr Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisində endirilib, belə ki orada təşkilatın əsas qərargahlarından biri yerləşdirdi.

Milli.Az


Etiketlər:  İran Pakistandakı hədəfləri raketlə vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ