Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2024 22:30
Xəbər verdiyimiz kimi, dünən Xalq artisti Aygün Kazımovanın 1.4 milyon izləyici sayı olan İnstaqram hesabı bilinməyən şəxs və ya şəxslər tərəfindən ələ keçirilib, bütün paylaşımları silinib.
Sfera.az xəbər verir ki, sözügedən xaker paylaşım edərək hesabı qaytarmaq üçün pul tələb edib.
Paylaşımı təqdim edirik:
"Aygün Kazımova bunu oxuyursansa, 10.000 € bitkoin üçün mənə Telegramda yazın və hesabınizı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram".
Qeyd edək ki, 1 bitkoin kroptavalyutası 71984 AZN edir, 10,000 bitkoin isə 700 milyon manatdan çox pul deməkdir.
Eyni zamanda, hesabdan Telman adlı biri izləməyə alınıb. Bunun isə hesabı oğurlayan şəxslə əlaqəsinin olub-olmaması, ya da hədəf yanıltmaq üçün edilməsi bilinmir.